“Tottenhem”in yeni baş məşqçisinin adı rəsmən açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu posta Angelos Postekoqlu təyin olunub.
Avstraliyadan olan 57 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb. Şotlandiya “Seltik”ini çalışdıran yunan əsilli məşqçinin Londona gətirilməsi üçün sözügedən kluba təzminat da ödənilib.
Qeyd edək ki, Postekoqlu daha öncə Avstraliya yığmasına, “Yokohama”, “Melburn Viktori” kimi klublara da rəhbərlik edib.
Rəşad Rafiqoğlu, Bizim.Media