Ermənistan azərbaycanlıların öz evlərinə təhlükəsiz qayıtmalarına şərait yaratmalıdır - BƏYANAT

"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmilər bu günlərdə verdikləri bəyanatlarında Azərbaycanda yaşayan ermənilərin hüquqları məsələsi ilə bağlı spekulyasiya edərək ölkəsinin aqressiv və riyakar siyasətini nümayiş etdirməkdə davam edirlər".

Bizim.Media xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda yer alıb.

Bəyanatda xatırlanır ki, Ermənistan hökuməti bu ölkədə vaxtilə kompakt şəkildə yaşamış yüz minlərlə azərbaycanlının hamısını qovub və onların mədəni irsini sistemli şəkildə dağıdıb:

"Ermənistan hökuməti həmin insanların qanuni təmsilçisi olan Qərbi Azərbaycan İcmasının qayıdış hüququnun təmin edilməsi üzrə dialoqa başlamaq çağırışlarına cavab vermir. Ermənistan, öz ərazisindən qovduğu azərbaycanlıların qayıtmaq hüququnu təmin etməkdən nümayişkəranə şəkildə imtina etməsi azmış kimi, Azərbaycanda yaşayan ermənilərin hüquqlarının qorunması bəhanəsi altında Azərbaycan Respublikasının ərazi bütövlüyünə zidd olan və dövlətlərin daxil işlərinə qarışmaq prinsipini pozan yanaşma sərgiləyir.

Ermənistan rəsmiləri Azərbaycanda yaşayan ermənilər ilə bağlı hansısa beynəlxalq mexanizm yaradılması kimi sərsəm ideyalarını səsləndirməkdə davam edirlər".

Bəyanatda daha sonra vurğulanır ki, Ermənistan hökumətinin Qərbi Azərbaycan İcmasının dialoq çağırışını cavabsız qoyması və Azərbaycan hökumətinin dialoq dəvətinə mənfi cavab vermiş və Azərbaycanın ərazi bütövlüyünə açıq-aşkar qarşı çıxan separatist ünsürlər üçün hansısa beynəlxalq mexanizmin yaradılmasına çalışması, bu ölkənin destruktiv siyasətini göstərir:

"Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətdən əl çəkməyi, qovduğu azərbaycanlıların beynəlxalq verifikasiya və zəmanət mexanizmləri çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmağı tələb edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsmayıllıda güclü külək fəsadlar törətdi - FOTO/VİDEO

İsmayıllıda güclü külək fəsadlar törətdi - FOTO/VİDEO

SON DƏQİQƏ: İran ABŞ gəmilərinin üzərinə PUA GÖNDƏRDİ

SON DƏQİQƏ: İran ABŞ gəmilərinin üzərinə PUA GÖNDƏRDİ

Bakıda “Mercedes” avtomobili yandı

Bakıda “Mercedes” avtomobili yandı

FAKTİKİ HAVA: Bəzi bölgələrdə güclü külək əsir

FAKTİKİ HAVA: Bəzi bölgələrdə güclü külək əsir

Cəlilabadda qardaşı uşaqlarına xəsarət yetirən kişi tutuldu

Cəlilabadda qardaşı uşaqlarına xəsarət yetirən kişi tutuldu

Kəngərlidə bir ailənin 4 üzvü qəzaya düşdü - FOTO

Kəngərlidə bir ailənin 4 üzvü qəzaya düşdü - FOTO

"Neftçi" 3 xalı 4 qolla qazandı - VİDEO

"Neftçi" 3 xalı 4 qolla qazandı - VİDEO

Həbsdən çıxan şəxslərə hansı sosial dəstək GÖSTƏRİLİR?

Həbsdən çıxan şəxslərə hansı sosial dəstək GÖSTƏRİLİR?

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

Heydər Əliyev Kubokunun qaliblərinə mükafat verildi - FOTO

Heydər Əliyev Kubokunun qaliblərinə mükafat verildi - FOTO

İlon Maskdan UKRAYNAYA DƏSTƏK: Rusiya dronları bloklanır - FOTO

İlon Maskdan UKRAYNAYA DƏSTƏK: Rusiya dronları bloklanır - FOTO

Papuaşvili: “Mixael Qaler Gürcüstan rəsmilərindən üzr istəməlidir”

Papuaşvili: “Mixael Qaler Gürcüstan rəsmilərindən üzr istəməlidir”

İndoneziyada torpaq sürüşməsində ölənlərin sayı 70-ə çatdı

İndoneziyada torpaq sürüşməsində ölənlərin sayı 70-ə çatdı

46 şahmatçı mübarizəyə başlayır

46 şahmatçı mübarizəyə başlayır

Oğlunun 18 yaşını Praqada qeyd etdi - FOTO

Oğlunun 18 yaşını Praqada qeyd etdi - FOTO

İranda gənc cütlük etirazlar zamanı ÖLDÜRÜLDÜ - FOTO

İranda gənc cütlük etirazlar zamanı ÖLDÜRÜLDÜ - FOTO

Fatihin vəsiyyəti açıqlandı

Fatihin vəsiyyəti açıqlandı

“Anamı cavanlığımda başa düşmürdüm...” – Barat Şəkinskayanın 94 yaşlı qızı

“Anamı cavanlığımda başa düşmürdüm...” – Barat Şəkinskayanın 94 yaşlı qızı

Ağsudakı qəzada yaralanan şəxslərin SON DURUMU

Ağsudakı qəzada yaralanan şəxslərin SON DURUMU

ABŞ növbəti 48 saat ərzində İrana zərbə endirəcək? - Vuçiçdən AÇIQLAMA

ABŞ növbəti 48 saat ərzində İrana zərbə endirəcək? - Vuçiçdən AÇIQLAMA

Bu şəxslərin diqqətinə: Fevralın 2-də...

Bu şəxslərin diqqətinə: Fevralın 2-də...

Nazirlə oğlunun FOTOsunu paylaşıb bunları yazdı

Nazirlə oğlunun FOTOsunu paylaşıb bunları yazdı

Pakistanda DƏHŞƏT YAŞANIR - 100-dən çox ölən var

Pakistanda DƏHŞƏT YAŞANIR - 100-dən çox ölən var

“Qarabağ”ın rəqibi “Liverpul”a uduzdu - VİDEO

“Qarabağ”ın rəqibi “Liverpul”a uduzdu - VİDEO

End of content

No more pages to load

RADİO