Ermənistanda tanınmış məmurun oğlu narkotik qaçaqmalçılığı zamanı tutulub.
Bizim.Media xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti öz mənbələrinə istinadən yazıb.
Nəşrin məlumatına görə, İrəvanın girişində hüquq-mühafizə orqanlarının əməkdaşları öz həmkarlarından birinin oğluna məxsus avtomobili saxlayıblar. Avtomobildə 240 kisə narkotik olub.
Qəzet bildirir ki, məmur oğlu həbs edilib. Nəşr hələlik məmurun adını açıqlamasa da, yaxın vaxtlarda bu haqda informasiya veriləcəyini vurğulayıb.
Qeyd edilir ki, bu, hüquq-mühafizə orqanlarında görünməmiş ajiotaj yaradıb.
Bizim.Media