Azərbaycan bu ilin sonundan Macarıstana təbii qaz ixracına başlayır - FOTO 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Macarıstanın “MVM Group” şirkətinin baş icraçı direktoru Karoli Matrai ilə görüşüb. 

SOCAR-dan Bizim.Media-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi vurğulanıb.

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın strateji rolundan bəhs edilib, bu xüsusda Cənub Qaz Dəhlizinin genişləndirilməsinin əhəmiyyətindən və Avropaya əlavə qaz həcmlərinin tədarükü ilə bağlı görülən işlərdən danışılıb. 

Görüş çərçivəsində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsinin, ötən ilin dekabrında Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in, habelə cari ilin aprel ayında “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistem operatorları və SOCAR arasında imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb. 

Görüşdə, həmçinin təbii qaz ticarəti, maye təbii qaz (LNG) təchizatı, qaz anbarlarının istifadəsi istiqamətlərində əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. 
Görüşün sonunda SOCAR ilə Macarıstanın ən böyük təbii qaz topdansatış şirkəti olan “MVM CEEnergy Zrt.” arasında 100 milyon kubmetr həcmində təbii qazın satışına dair müqavilə imzalanıb. Müqavilədə qeyd olunan qaz həcmlərinin tədarükünə cari ilin 4-cü rübündə başlanılması nəzərdə tutulur. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

Apreldə 8 gün iş OLMAYACAQ

Apreldə 8 gün iş OLMAYACAQ

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Ən etibarlı alman avtomobilləri - SİYAHI

Ən etibarlı alman avtomobilləri - SİYAHI

Quterreş ABŞ, İsrail və İranı hərbi əməliyyatları dayandırmağa çağırıb

Quterreş ABŞ, İsrail və İranı hərbi əməliyyatları dayandırmağa çağırıb

"Həzi Aslanov" nə vaxt açılacaq? - RƏSMİ

"Həzi Aslanov" nə vaxt açılacaq? - RƏSMİ

“Milan” Rafael Leao barədə qərar verdi

“Milan” Rafael Leao barədə qərar verdi

İranın tanınmış kəşfiyyatçısı ÖLDÜRÜLDÜ - FOTO

İranın tanınmış kəşfiyyatçısı ÖLDÜRÜLDÜ - FOTO

End of content

No more pages to load

RADİO