Qırğızıstanın paytaxtı Bişkekdə güləş üzrə Reytinq Seriyasının 3-cü mərhələsinə start verilib.
Bizim.Media xəbər verir ki, yarışın 2-ci günündə 2 qadın güləşçimiz mübarizə aparıb.
Jalə Əliyeva (57 kq) 1/4 finalda çinli Kexin Honqa 1:12 hesabıyla məğlub olub. Ancaq rəqib finala yüksəldiyi üçün Jalə axşam seansında türkiyəli Elvira Kamaloğlu ilə bürünc medal görüşünə çıxıb.
Rəqibinə 8:4 hesabıyla qalib gələn Jalə üçüncü yeri tutub. Elis Manolova (62 kq) ilk mərhələdə özbəkistanlı Dilfuza Aimbetovaya “tuş”la qalib gəlsə də, 1/4 finalda almaniyalı Luisa Niemeşə 1:2 hesabıyla məğlub olub.
Rəqib finala yüksələ bilmədiyi üçün Elis mübarizəni dayandırıb. Turnirdə birinci kateqoriyalı hakim Elman İsmayılov ədaləti qoruyur.
Rəşad Rafiqoğlu, Bizim.Media