“Ermənistan Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyil“.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş nazir Nikol Paşinyan mayda Çexiyaya səfəri zamanı “CNN primanews” telekanalına müsahibəsində deyib.
O bildirib ki, Ermənistan bu vəziyyətdə Ukraynanın da müttəfiqi deyil:
“Ermənistan Ukraynadakı vəziyyətdən narahatdır, çünki bu, digər ölkələrlə münasibətlərinə birbaşa təsir edir” - Paşinyan bildirib.
Bizim.Media