“Rəsmi İrəvan və Bakı 1975-ci ilin sovet xəritələrinə əsaslanaraq delimitasiya aparmağa ilkin razılıq veriblər”.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bunu baş naziri Nikol Paşinyan deyib.
Kişineudakı müzakirəni faydalı hesab edən Paşinyan deyib:
"Danışıqların birinci bəndi tərəflərin Praqada razılaşdığı Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı olub".
Baş nazirin sözlərinə görə, danışıqların birinci bəndi tərəflərin Praqada razılaşdığı Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı olub.
O, həmçinin qeyd edib ki, Ermənistan tərəfi anklav kəndləri Azərbaycana qaytarmağa hazırdır.
Bizim.Media