“Sabah” klubunun qapıçısı Nicat Mehbalıyev növbəti mövsümü başqa komandada keçirə bilər.
Bizim.Media xəbər verir ki, Konfrans Liqasına vəsiqə qazanan “Qəbələ” futbolçunun transferində maraqlıdır.
Qərb təmsilçisi qolkiperi icarə əsasında heyətə cəlb etmək istəyir.
Qeyd edək ki, Nicat Mehbalıyev ötən mövsüm də icarə əsasında məhz “Qəbələ”də çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media