Ermənistanın baş naziri Nikol Paşinyanın Moldovadakı erməni diasporunun nümayəndələri ilə iyunun 2-nə planlaşdırılan görüşü baş tutmayacaq.
Bizim.Media "Hraparak.am" saytına istinadən xəbər verir ki, Ermənistanın Nazirlər Kabineti bu görüşdən imtina edib.
Mənbə qərarın səbəbinin açıqlanmadığını yazır. Ancaq ehtimal edilir ki, baş nazir narahat suallar eşitmək istəməyib.
Bu faktı nəşrə icmanın rəhbəri Venera Muşeq təsdiq edib:
"Mənim adım iştirakçılar siyahısından silinib və tədbirə gəlməyimə qadağa qoyulub".
Bizim.Media