Müğənni Nazənin Salayevanın nəvəsinin nitqində problem yaranıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı sənətçi qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində məlumat yayıb.
Salayeva bildirib ki, nəvəsi uzun müddət özünə qapanıb, rəng və heyvanlarının adlarını deyə bilməyib:
“Nəvəmin səhhətində yaranan problemi aradan qaldıran həkimə ölən günümə kimi minnətdar olacağam. Nəvəmi heç cürə danışdıra bilmirdik. Uşaq qapanmışdı özünə. Astarada nənə-baba yanında böyüyüb. Bu uşaq rənglərin, heyvanların adlarını deyə bilmirdi. Çox aqressiv idi. Peşəkar həkimin sayəsində onun bu problemləri aradan qaldırıldı. Artıq 20 gündür ki, nitq mərkəzinə gedir. O qədər irrələyiş var ki. Atası çox narahat idi. İndi oğlum nəvəmi mərkəzə yarım saat tez aparır ki, daha tez nəticə görək. Atası uşağın nitq problemlərini həll etmək üçün çox yerlərə aparmışdı. Amma bir nəticə görmədiyi üçün artıq inamını itirmişdi. Burada valideynlərə səslənirəm ki, əgər övladınızda hər hansısa bir nitq qüsuru varsa, düşünməyin ki, böyüyər düzələr. Böyüyəndə gec olur. Bəzən el qınağından çəkinirlər. Düşünürlər ki, övladlarını psixoloq yanına aparsalar, onlara dəli deyərlər. Bu da mütaliənin azlığından xəbər verir. Əgər evə girirsinizsə, uşaq ayağa qalxmır, reaksiya vermir, lal-dinməz qalır, robot kimi cavab verirsə, mütləq nitq mərkəzinə müraciət edin”.
Rəşad Əliyev, Bizim.Media