Türkiyənin ATV kanalında yayımlanan “Ben bu cihana sığmazam” serialında Azərbaycan xəritəsi ilə bağlı buraxılan səhv düzəldilib.
Bizim.Media xəbər verir ki, ekran işinin son 33-cü bölümündə xəritəmizdə Naxçıvan Muxtar Respublikası əlavə olunub.
Qeyd edək ki, serialın 32-ci bölümündə aktyor Oktay Kaynarcanın canlandırdığı Cəzayir Türk obrazının ofisində divarda asılan xəritədə Naxçıvanın Azərbaycan ərazisi kimi göstərilməməsi haqlı narazılıqlara səbəb olmuşdu.
Rəşad Əliyev, Bizim.Media