İtaliyanın dünya şöhrətli kinoulduzu Al Paçinonun dördüncü övladı olacaq.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, 83 yaşlı aktyorun 29 yaşlı sevgilisi, televiziya prodüseri Nur Əlfallanın 8 aylıq hamilə olduğu üzə çıxıb.
Qeyd edək ki, Al Paçinonun 3 övladı - 33 yaşlı qızı Culi Paçino, 22 yaşlı əkizləri - Oliviya Paçino və Anton Ceyms Paçino var.
Aktyor bu zamana qədər evlənməyib.
O, Nur Əlfalla ötən ilin aprelindən münasibətdədir.
Rəşad Əliyev, Bizim.Media