Rusiyanın neft emalı zavodu kamikadze pilotsuz uçan aparatı ilə vurulub.
Bizim.Media Rusiya teleqram kanallarına istinadən xəbər verir ki, hadisə Krasnodar vilayətində Afipski neft emalı zavodunda baş verib.
Məlumata görə, Ukraynaya məxsus pilotsuz təyyarənin hücumundan sonra zavodda partlayış olub və yanğın başlayıb. Yanğının söndürüldüyü bildirilib.
Qeyd edək ki, bu gecə vilayətin ikinci neft emalı zavodu olan “İlski”yə hücum edildiyi barədə məlumat yayılıb.
Bizim.Media