Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə “Challenger” tankları və “M777” haubitsalarının istehsalı üçün zavod açmaq niyyətindədir.
Bizim.Media xəbər verir ki, bu barədə Zelenski Böyük Britaniyanın “Challenger” tankları və “M777” haubitsaları istehsal edən “BAE Systems” müdafiə şirkətinin nümayəndələri ilə görüşü zamanı açıqlama verib.
"Biz Ukraynada istehsalın lokallaşdırılmasını müzakirə etdik.
Ölkəmizdə “BAE Systems” ofisinin, daha sonra isə şirkətin məhsulları üçün təmir və istehsal müəssisələrinin açılması üzrə işə başlamaq barədə razılığa gəldik", - deyə prezident bildirib.

Bizim.Media