Almaniya kansleri Olaf Şolts Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit məlumat yayıb.
O bildirib ki, görüşdə Ukraynadakı siyasi, hərbi və humanitar vəziyyətin müzakirə edildiyini bildirib.
Şolts danışıq zamanı Almaniyanın Avropa və beynəlxalq tərəfdaşlarla sıx koordinasiya şəraitində Ukraynaya dəstəyini, o cümlədən hərbi dəstəyi davam etdirəcəyini qeyd edib.
Tərəflər arasında konstruktiv məsləhətləşmələri davam etdirməyə və xüsusilə də sülh yolu ilə həllə ümumi dəstək məqsədilə sıx əlaqə saxlamağa razılıq əldə olunub
Bizim.Media