Ermənistanda qadın əsgərlərdən ibarət bölmə üçün xüsusi kazarma tikilir.
Bizim.Media xəbər verir ki, bu barədə müdafiə naziri Suren Papikyan parlamentdə Müdafiə Komissiyasının iclasında bildirib.
Papikyan qeyd edib ki, kazarma Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan təlim hərbi hissələrindən birində inşa edilir.
Nazir vurğulayıb ki, 18-27 yaşlı qadınlar hərbi xidmət üçün müraciət edə bilərlər. Əvvəlcə qadın batalyonu, daha sonra isə alay yaradılacaq.
Bizim.Media