4 ildir həvəskarlardan ibarət Region Liqasında mübarizə aparan Saatlının “Araz” komandası yeni mövsümdən I Divizionda oynamaq istəyir.
Bizim.Media xəbər verir ki, aşağı liqa üçün kifayət qədər yaxşı infrastuktura malik olan komandanın Divizionda iştirakla bağlı müraciətinə müsbət cavab verilib.
Rəsmi qərar AFFA İcraiyyə Komitəsinin iclasında veriləcək. Bölgə təmsilçisi artıq komanda quruculuğuna start verib.
Oyunlarını Olimpiya İdman Kompleksinin stadionunda keçirəcək “Araz”ın əsasən yerli futbolçulara güvənəcəyi gözlənilir.
Rəşad Rafiqoğlu, Bizim.Media