İsveçrə Superliqasında sonuncu - 36-cı turun oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” səfərdə "Bazel"in qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Renat Dadaşov da bu oyunun iştirakçısı olub. 24 yaşlı forvard 77-cı dəqiqədə meydana çıxıb. Millimizin üzvü komandasının vurduğu qolun ötürməsini edib.
36 turdan sonra 44 xal toplayan "Qrasshopper" çempionatı 10 komanda arasında 7-ci pillədə başa vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media