“Kəpəz” heyətdə olan legionerlərdən bir çoxunu saxlamaq fikrindədir.
Bizim.Media xəbər verir ki, həmin oyunçulardan biri də müdafiəçi Yeqor Xvalkodur.
Belarus milli komandasına da dəvət olan futbolçu ilə müqavilənin uzadılması gözlənilir.
Qeyd edək ki, Xvalko mövsümün əvvəlində Belarusun “Arsenal” Derjinsk klubundan “Kəpəz”ə transfer olunub.
Rəşad Rafiqoğlu, Bizim.Media