Almaniyanın "Borussiya" klubu 5 futbolçu ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Dortmund təmsilçisi müdafiəçilər Rafael Gerrero, Feliks Passlak, yarımmüdafiəçi Mahmud Dahud, hücumçu Antoni Modeste və qapıçı Luka Unbehaunla yola davam etməyəcək.
Oyunçuların hər birinin başa çatan müqavilələrinin müddəti uzadılmayıb.
Qeyd edək ki, "Borussiya" Almaniya Bundesliqasını 71 xalla ikinci pillədə başa vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media