Kosovonun şimalında serblərlə toqquşmalarda NATO-nun Kosovodakı Beynəlxalq Missiyasının 20-dən çox üzvü xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Missiyanın məlumatında qeyd edilib.
Məlumata görə, missiyanın italyan və macar kontingenti hücuma daha çox məruz qalıb. Onlara tibbi yardım göstərilib və həkim nəzarətinə alınıblar.
Missiya komandiri Ancelo Mişel Ristuçça vurğulayıb ki, NATO bölmələrinə əsassız hücumlar qəbuledilməzdir və missiya mandatını qərəzsiz yerinə yetirməyə davam edəcək.
Bizim.Media