Rusiya Prezidenti Vladimir Putin seçkidə qələbə qazanan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək təbrik edib.
Bu barədə Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Putin prezident seçkilərinin nəticələrinin Türkiyə xalqı üçün xeyirli olmasını arzulayıb.
Dövlət başçıları yeni dövrdə Türkiyə-Rusiya münasibətləri və regional məsələlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə razılığa gəliblər.
Bizim.Media