Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov “Bu şəhərdə” yumoristik estrada teatrının Moskva şəhərində keçirilən konsertində yer alıb.
Bizim.Media xəbər verir ki, tamaşa zamanı teatrın üzvlərindən olan Əməkdar artist Coşqun Rəhimov zala enərək Nəvainin yanına yaxınlaşıb və onunla rəqs edib.
Həmin anları isə Bəkirov gülüşlə qarşılayıb. Zalda əyləşən tamaşaçılar isə məşhurların rəqsini alqışla qarşılayıb.
Sosial şəbəkələrə yayılan həmin görüntüləri təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media