“Danışıqlar prosesində anklavlarla bağlı müxtəlif müzakirələr və ssenarilər var”.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Həm Azərbaycan, həm də Ermənistan üçün yaşayışa yararsız olan ərazilər var. Bütün bu məsələlər vahid aspektdə nəzərdən keçiriləcək. Siz gecə-gündüz anklavların təslim edilməsindən danışırsınız, amma bu, belə deyil. Bu, təhvilvermə yox, dəyişmə prosesidir”, - deyə nazir bildirib.
Sanosyan anklavların Azərbaycanın nəzarətinə keçəcəyi təqdirdə, alternativ nəqliyyat yollarının tapılacağını da diqqətə çatdırıb.
Bizim.Media