Rusiyanın Dnepropetrovsk vilayətinin Sinelnikovski rayonuna endirdiyi zərbə nəticəsində 1 nəfər ölüb, daha 9 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə vilayətin hərbi idarəsinin rəhbəri Sergey Lısak məlumat verib.
Onun sözlərinə görə, rus hərbçiləri Pokrovskaya icmasını vurub. Zərbə nəticəsində yaşayış evi dağıdılıb.
"Ölən var. 9 nəfər də yaralanıb. Yaralıların arasında 11 yaşlı uşaq da var", - o qeyd edib.


Bizim.Media