Bu gün axşam saatlarında növbəti dəfə Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın bəzi dünya liderləri ilə telefon danışıqları olacaq.
Bizim.Media “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın məlumat verib.
İlk görüşün ABŞ prezidenti Co Baydenlə baş tutacağını söyləyən İ.Kalının sözlərinə təkcə C.Bayden deyil, eyni zamanda İspaniya, Fransa və digər Avropa dövlətlərinin hökumət və dövlət başçıları ilə Ərdoğan arasında telefon danışığı baş tutacaq.
Rövşən Ziya, Bizim.Media