Moskvanın yeddi rayon məhkəməsinə bomba qoyulması ilə bağlı məlumat daxil olub.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva Şəhər Məhkəməsi məlumat yayıb.
Bildirilib ki, Moskvanın Xamovniçeski, Kuzminski, İzmailovski, Çertanovski, Perovski, Timiryazevski və Basmannı rayon məhkəmələri bomba qoyulması barədə məlumat alıblar.
Nəticədə məhkəmə binaları tam təxliyə edilib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları və kinoloqlar xidməti itləri ilə məhkəmə binalarını yoxlayırlar.
Bizim.Media