Hazırda işsiz olan Aftandil Hacıyev “Qarabağ” klubundan təklif alıb.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi onu futbol akademiyasının koordinatoru vəzifəsinə təyin etmək istəyir.
Çempion akademiyanın hazırkı koordinatoru Tacəddin Doğanla yollarını ayırıb. Son olaraq "Səbail"in baş məşqçisi olmuş Aftandil Hacıyevə 2 illik müqavilə təklif olunub.
Qeyd edək ki, Hacıyev əvvəllər də “Qarabağ” aşağı yaş qrupu üzrə müxtəlif komandalarında işləyib.
Rəşad Rafiqoğlu, Bizim.Media