Səttar Möhbalıyev: “Qardaş Türkiyədə xalqın iradəsi və demokratiya zəfər çaldı”

“Türkiyədə baş tutan parlament seçkiləri, eyni zamanda prezident seçkilərinin hər iki turu qardaş ölkədə dərin kök salan demokratiyanı bir daha göstərdi. Və sübut etdi ki, Türkiyə cəmiyyəti son dərəcə demokratdır, bu ölkənin vətəndaşları yüksək siyasi mədəniyyətə sahibdir.

Seçkilərə hazırlıqlar başlayandan prosesin sonunadək bütün işlər qanun çərçivəsində, demokratik prinsiplər üzərində quruldu, siyasi bloklara və partiyalara, namizədlərə bərabər imkanlar yardıldı, türkiyəli qardaşlarımız sərbəst şəkildə öz seçimlərini etdilər.
Seçicilərin fəallığı da ölkə vətəndaşlarının məsuliyyətindən, dövlətə, vətənə olan sevgilərindən xəbər verir. Ümumiyyətlə, həm seçkilərin keçirilməsi prosesi, həm də onun nəticələri bizə deməyə əsas verir ki, qardaş ölkədə demokratiya, haqq-ədalət zəfər çaldı”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, heç bir məkirli beynəlxalq siyasi dairə Türkiyə xalqının iradəsinə təsir edə bilmədi: “Qardaş ölkənin vətəndaşları tərəqqini, inkişafı, sabitliyi, əmin-amanlığı seçdi. Son 20 ildə Türkiyə böyük inkişaf yolu keçib, dünyada yüksək nüfuz qazanıb.

Əminliklə ifadə edə bilərik ki, hazırda Türkiyə dünya siyasətinin mühüm tərəfini təşkil edir, lider dövlətlər arasında öz yerini tutub. Hərbi qüdrəti isə müzakirəolunmazdır. Son illərdə hərbi müdafiə potensialının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Artıq qardaş ölkənin yerli hərbi sənayesi Ordunun silah-sursata olan tələbatının 80 faizini ödəyir, bu, kifayət qədər yüksək göstəricidir. Həmçinin istehsal etdiyi pilotsuz uçuş aparatları, pilotsuz döyüş təyyarələri, tankları ilə düşmənlərinin gözünü qamaşdırır.

Bundan başqa, gəmi, helikopter, avtomobil istehsalına da başlanılıb. Türk xalqı öz seçimi ilə bu uğurlara cənab Rəcəb Tayyib Ərdoğanın sayəsində nail olduğunu bütün dünyaya sübut etdi”.

“Cənab Rəcəb Tayyib Ərdoğan hər zaman Azərbaycana bütün məsələlərdə dəstək olub, həmrəylik nümayiş etdirib. Eyni zamanda iki ölkə arasında münasibətlərin bu zirvəyə yüksəlməsində, əlaqələrin genişlənməsində onun xidmətləri danılmazdır.

Yeri gəlmişkən, Azərbaycanın qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi başlayan ilk saatlardan bizə qardaş ölkədən dəstək mesajları gəlməyə başladı. Türkiyə Prezidenti şəxsən ifadə etdi ki, Azərbaycanın yanındayıq. Bu mənəvi dəstək Azərbaycanın gücünə əlavə güc qatdı.

Qələbəmizə bizim qədər sevindi, dəfələrlə ölkəmizə gəldi, Zəfər paradında, Füzulidə, Zəngilanda hava limanlarının açılış mərasimlərində iştirak etdi. Bu yalnız təmannasız qardaşlıq nümunəsidir.

Həmçinin cənab Rəcəb Tayyib Ərdoğan Türkdilli ölkələrin bir-birinə yaxınlaşmasına, həmrəyliyinə, təşkilatlanmasına əhəmiyyətli töhfələr verib”, - Milli Məclisin deputatı bildirib.

“Böyük qürur hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev və qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə iki türk dövləti - Azərbaycan və Türkiyə dünya dövlətləri içərisində böyük söz sahibidir, beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tuturlar, bayraqları ən mötəbər regional və beynəlxalq təşkilatların qarşısında əzəmətlə dalğalanır.

Eləcə də hər iki ölkənin dünya miqyasında olan nüfuzu imkan verir ki, onlar qlobal məsələlərin həllində yaxından iştirak etsin, mürəkkəb və gərgin proseslərin aradan qaldırılmasında vasitəçi olsunlar. Bunlar günümüzün reallıqlarıdır.
Qəti şəkildə inanırıq ki, Azərbaycan və Türkiyənin bütün sahələrdə daha böyük uğurları, naliyyətləri hələ qarşıdadır. Bu əminliyi xalqlarımız müdrik qərarları və düzgün seçimləri ilə möhürləyiblər”, - AHİK sədri vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

İran şərt qoydu: ABŞ geri çəkilsə...

İran şərt qoydu: ABŞ geri çəkilsə...

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Medvedev Rusiyanın qələbəsini elan etdi

Medvedev Rusiyanın qələbəsini elan etdi

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

İsrail ordusu Livanın cənubuna zərbə endirdi

İsrail ordusu Livanın cənubuna zərbə endirdi

Malayziya sahillərində qanunsuz neft yükləyən iki tanker saxlanıldı

Malayziya sahillərində qanunsuz neft yükləyən iki tanker saxlanıldı

"Qarabağ"ın transfer etdiyi futbolçunun adı AÇIQLANDI - VİDEO

"Qarabağ"ın transfer etdiyi futbolçunun adı AÇIQLANDI - VİDEO

Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış oldu

Ekspertlərdən quş əti bazarındakı qiymət artımı ilə bağlı AÇIQLAMA

Ekspertlərdən quş əti bazarındakı qiymət artımı ilə bağlı AÇIQLAMA

Azərbaycan şahmatçısı Niderlandda 3-cü oldu

Azərbaycan şahmatçısı Niderlandda 3-cü oldu

Cəlilabadda əmiləri tərəfindən baltalanan uşaqlardan biri VƏFAT ETDİ

Cəlilabadda əmiləri tərəfindən baltalanan uşaqlardan biri VƏFAT ETDİ

Kadi 3 ay sonra meydana qayıtdı - VİDEO

Kadi 3 ay sonra meydana qayıtdı - VİDEO

Bu məşhurlar haqda saxlanılma qərarı çıxarıldı

Bu məşhurlar haqda saxlanılma qərarı çıxarıldı

"Qarabağ"dan daha bir qələbə - VİDEO

"Qarabağ"dan daha bir qələbə - VİDEO

Bəzi uşaq qidalarında bakteriyalar aşkarlandı: Valideynlər təşviş içində

Bəzi uşaq qidalarında bakteriyalar aşkarlandı: Valideynlər təşviş içində

ABŞ İran savaşı üçün öncə bu addımı atır

ABŞ İran savaşı üçün öncə bu addımı atır

“Qarabağ”ın oyunçusuna qarşı sərt oynadı, hakim “qırmızı” vermədi - VİDEO

“Qarabağ”ın oyunçusuna qarşı sərt oynadı, hakim “qırmızı” vermədi - VİDEO

"Evimizi sökdülər, 10 ildir binanı təhvil vermirlər" - VİDEO

"Evimizi sökdülər, 10 ildir binanı təhvil vermirlər" - VİDEO

İran gizli şəkildə nüvə obyektlərini yenidən qurur? - FOTOFAKT

İran gizli şəkildə nüvə obyektlərini yenidən qurur? - FOTOFAKT

"Real Madrid" son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

"Real Madrid" son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

Rusiya ordusu Ukraynada avtobusa zərbə endirdi - 15 ölü, 7 yaralı var - FOTO

Rusiya ordusu Ukraynada avtobusa zərbə endirdi - 15 ölü, 7 yaralı var - FOTO

ABŞ-da saxlanılan azərbaycanlı alim sərbəst buraxıldı

ABŞ-da saxlanılan azərbaycanlı alim sərbəst buraxıldı

End of content

No more pages to load

RADİO