Ermənistanda "Koş" cəzaçəkmə müəssisəsində bu gün yanğın olub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən yayıb.
Mənbə yazır ki, yanğın siqnalı səhər saat 07:30 radələrində alınıb. İki yanğınsöndürmə briqadası hadisə yerinə gedib.
Nəticədə elektrik yarımstansiyasının alovlandığı məlum qeydə alınıb. Yanğın saat 08:10-da məhdudlaşdırılıb, 08:30-da söndürülüb.
Bizim.Media