Xalq artisti Aygün Kazımova görünüşü ilə növbəti dəfə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, son günlər arıqlayaraq, iynənin ucuna sap olan sənətçi evində çəkilən görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Uzun dalğavari saçlarını kürəyinə atan Kazımova qara qısa, kürək dekolteli dar libas geyinib. Obrazını isə qara ayaqqabı və qızılı çanta ilə tamamlayıb.
Pop ulduzun bu imici sosial şəbəkə əhli tərəfindən maraqla qarşılanıb. Onlar Aygünün cavanlaşdığını yazaraq, ünvanına təriflər yağdırıblar.
Rəşad Əliyev, Bizim.Media