Avropada qaz qiymətlərində KƏSKİN UCUZLAŞMA – Rusiyanı nə gözləyir? – TƏHLİL/PROQNOZ

Avropada qazın qiyməti cari ildə də ucuzlaşmaqda davam edəcək. Hazırda 1000 kubmetr qazın qiyməti 300 dollardan aşağıdır. Yüksək ehtiyatlar, sabit LNG axını, aşağı istehlak və isti hava şəraiti kimi amillər qiymətləri aşağı salmağa davam edir. Avropanın qaz bazarındakı çoxluq səbəbindən bu yay qaz qiymətlərinin ucuzlaşacağı ehtimal edilir.

Bizim.Media “kommersant.ru” saytına istinadən xəbər verir ki, ancaq Rusiya dövlət büdcəsi daha yüksək qaz qiymətləri üçün nəzərdə tutulduğu üçün 2023-cü ildə 3-4 milyard dollarlıq ixrac rüsumunu əldən verə bilər.

“ICE Futures”in məlumatlarına əsasən, ilin əvvəlindən bu günə qədər qazın qiymətləri 66% azalıb, Hollandiyanın TTF şəbəkəsində iyun fyuçersləri mayın 25-də 10,23% azalaraq 1 MVt/saat üçün 24,94 avroya və ya 1000 kubmetr üçün təxminən 280 dollara düşüb. Gün öncəsi spot müqavilə MVt/saat üçün 26,85 avro və ya 1000 kubmetr üçün təxminən 300 dollara satılırdı.
“AGSI+”un statistikasına görə, Avropanın orta qaz ehtiyatları hazırda 66,5% təşkil edir və anbarlar avqustun sonuna qədər 90%-ə qədər doldurulacaq. Ümumiyyətlə, mövsümdən kənarda - may və iyunun əvvəllərində, temperatur şəraitinin hələ kondisioner tələb etmədiyi vaxtlarda qazın ənənəvi qiymətləri aşağı salınır. Bu həftə Aİ-də külək istehsalı bir qədər azalıb və külək təsərrüfatlarının enerji kompleksində payı 11,9%-ə düşüb.

“Bloomberg” isə yazır ki, yayda Avropa bazarında bolluq yarana bilər. Əgər zəif tələb artan təklif çoxluğuna bərabər olmasa, təbii qaz qiymətləri bəzi hallarda qısa müddətə sıfırdan aşağı düşə bilər.

Agentlik qeyd edir ki, bu ssenaridə böyük ehtimalla, 2006-cı Böyük Britaniyanın üzləşdiyi vəziyyət yaşanacaq. Çünki belə olan halda, satıcılar faktiki olaraq qazı göndərmək üçün alıcıya pul ödəyirlər. Çünki bu, qazı anbarlarda saxlamaqdan daha az zərərə səbəb olur. Belə hallar vaxtaşırı olaraq, Avropanın elektrik enerjisi bazarında da yaşanır.
“Renaissance Capital” agentliyinin rəhbəri Boris Sinitsin öz analitik yazısında bildirib ki, əgər hava faktorunu istisna etsək, Aİ ölkələrində elektrik enerjisinə tələbat iyul ayına qədər artıb ki, bu da adətən bərpa olunan enerji istehsalının azalması ilə üst-üstə düşür. Onun düşüncəsinə görə, bu səbəbdən, elektrik enerjisi istehsalı üçün qalıq yanacağa tələbat adətən may ayı ilə müqayisədə yayın sonuna qədər 10% artır.

B.Sinitsin düşünür ki, tələbatın mövsümi bərpası ən azı qiymətlərin enişini dayandıra bilər. Əgər əksinə, hava anomaliyaları baş verərsə, yayda qiymət artımı da yaşana bilər.

Apreldə qaz hasilatı 10% azalıb

“Reuters” agentliyi Avropanın enerji komissarı Kadri Simsonun məktubuna istinadən yazır ki, ilin əvvəlindən qiymətlərin ciddi şəkildə aşağı düşməsini nəzərə alsaq belə, sənaye hələ də istehlakı artırmağa tələsmir. Avropa Komissiyasının proqnozlarına görə, yaxın 12 ayda Aİ ölkələrindəki qaza tələbat, onların bu il Rusiyadan almağı gözlədikləri boru kəməri ilə qazın və LNG-nin həcmini çox azalda bilər ki, bu da bloka inflyasiya təzyiqini azaltmağa kömək edəcək.

Onun hesablamalarına görə, enerjiyə qənaət siyasəti 2023-cü ildə qitədə qaz istehlakını 60 milyard kubmetr azaltmalıdır. Çünki, 2022-ci ilin avqustundan 2023-cü ilin martına qədər Aİ ölkələrində qaza tələbat 18% azalıb.

“Vygon Consulting” şirkətinin təmsilçisi İvan Timonin düşünür ki, yay aylarında tələbin məhdud olması fonunda, indiki səviyyəyə nisbətən qiymətlərdə ciddi artım olmayacaq: 

“Bununla belə, istilik mövsümünün əvvəlindən etibarən LNG qıtlığının aydınlaşdığı vaxtda kotirovkaların artması üçün ilkin şərtlər var və istehlak artmağa başlayır. Bu baxımdan da noyabr-dekabr aylarına kimi qiymətlər 1000 kubmetr üçün 500-600 dollar diapazonunda ola bilər. 

Çində artan tələbin perspektivlərini nəzərə alsaq, 2023-2024-cü illərin qışında daha əhəmiyyətli qiymət artımlarının olması da mümkündür”.

Qeyd edək ki, Rusiya hökuməti 2023-cü ildə Aİ ölkələrində daha yüksək qaz qiymətlərinə ümid edirdi. Belə ki, Rusiya İqtisadiyyat Nazirliyi qaz qiymətlərini hər 1000 kubmetr üçün 700 dollardan hesablayaraq, büdcəni buna uyğun formalaşdırıb.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

Apreldə 8 gün iş OLMAYACAQ

Apreldə 8 gün iş OLMAYACAQ

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Ən etibarlı alman avtomobilləri - SİYAHI

Ən etibarlı alman avtomobilləri - SİYAHI

End of content

No more pages to load

RADİO