Bir neçə həftə əvvəl Bakıda canlı konsert proqramı ilə çıxış edən Türkiyənin məşhur pop ulduzu Hadisənin səhhətində problemlər yaranıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi Kipr konsertinə gedərkən xəstələnib və bu səbəbdən xəstəxanaya yerləşdirilib.
Səhhəti ilə bağlı mətbuata açıqlama verən Hadisə Kiprdə olduğunu və özünü ötən günlərdən daha normal hiss etdiyini vurğulayıb:
“İstanbulda çox gözəl konsert verdim. Gecə yatdıqdan sonra səhər oyananda boynum tutulmuşdu və özümü pis hiss etdim. Müalicəmi davam etdirirəm”.
Rəşad Əliyev, Bizim.Media