Gülay ÖYÜNDÜ: “Plastik əməliyyata ehtiyacım yoxdur” - ÖZƏL

“İfa etdiyim mahnılarda janr dəyişikliyi var. Nə edim? Çörək haradadır, ora da gedirəm (gülür). Artıq zaman dəyişilib. Müasirləşirik. Mahnı üzərində çalışdığım musiqiçilər hamısı müasir və çox istedadlıdır. Əslində, bu müasirlik yox, fəqlilikdir. Yerimdə saymağı sevmirəm. İstəyirəm ki, hər zaman önə gedim və dəyişikliklər olsun”. 

Bu sözləri müğənni Gülay Zeynallı Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

Heç kimin fikri ilə oturub-durmadığını söyləyən sənətçi bildirib ki, stilist və vizajist Elnur Həsənovla fikirləri üst-üstə düşdüyü üçün iş birliklərinin ömrü uzun olacaq: 

“Fərqlilik təkcə ifa etdiyim mahnılarda deyil, diqqət yetirsəniz görərsiniz ki, bu özünü geyim tərzimdə, fotosessiyalarda və kliplərdə də göstərir. Artıq uzun müddətdir ki, stilist və vizajist Elnur Həsənovla çalışıram. O, mənim nə istəyib, istəmədiyimi, nə olar, nə olmazı çox gözəl anlayır. Məhz buna görə bizim iş birliyimiz uzun illərə dayanır. Fikirlərimiz çox zaman üst-üstə düşür. Xoşuma gəlməyən məsələ olanda hər zaman sözümü deyirəm. Heç kimin fikri ilə oturub-duran insan da deyiləm”.


İstirahət üçün “həftə səkkiz, mən doqquz” xarici ölkələrə, eləcə də adalara üz tutan Gülay bu yayı Türkiyənin turistik şəhəri olan İzmirdə keçirəcəyini açıqlayıb: 

“İnsana gəzmək qalacaq. Yay mövsümündə planlarımızda xaricə getmək var (Bu anda Gülayın qızı Sahilə İzmir şəhərinə gedəcəyini söyləyir). Artıq qızım dedi. Bəli, qızım, rəfiqələrimlə birgə İzmirə gəzməyə, istirahət etməyə gedəcəyik”. 


G.Zeynallı qızı Sahiləyə qadağalar qoymadığını söyləyib:

“Qızım artıq böyüyüb. Hər şeyin yerini bilir, başa düşür. Sizdən öncə televiziya kanallarının birinə müsahibə verdiyimdə, Sahilə çəkildi kənara. İnsanın gərək öz qabında olsun. Deyim ki, olmaz gedib onu edəcəksə, bu, mümkün olan şey deyil. Amma artıq o, olmazları dərk edir. Qızım əsas savadlı olmaq istəyir. Arada vəkil, polis olmaq istəyir. Onun üçün nə xeyirli olacaqsa, qoy o da olsun”.

Son zamanlar şou əhlinin gözəlləşmək və cavanlaşmaq üçün bıçaq atına uzanması mövzusuna Gülay müsbət yanaşsa da, lakin özü plastik əməliyyat etdirmək niyyətində olmadığını vurğulayıb:

“Heç yerimi plastik əməliyyat etdirməmişəm. Buna hələ ki ehtiyacım da yoxdur. Plastik və estetik əməliyyat keçirən həmkarlarıma da pis baxmıram. Hərənin bir düşüncəsi var və hərə necə istəyir elə də addım atır. Amma mənə gəldikdə isə təbii gözəlliyi daha üstün tuturam. Görünüşümdə heç bir dəyişiklik etmək istəmirəm. Bu haqda da düşünmürəm”. 






Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Leandro Andrade “Qarabağ”da QALACAQ?

Leandro Andrade “Qarabağ”da QALACAQ?

İtkin şəhidin 40 mərasimi keçirildi – FOTO

İtkin şəhidin 40 mərasimi keçirildi – FOTO

İsmayıllıda ailə faciəsi - 19 yaşlı qızla 3 yaşlı körpəsi dünyasını dəyişdi

İsmayıllıda ailə faciəsi - 19 yaşlı qızla 3 yaşlı körpəsi dünyasını dəyişdi

Evində Wi-Fi olanların NƏZƏRİNƏ

Evində Wi-Fi olanların NƏZƏRİNƏ

Azərbaycanda viski istehsalı kəskin AZALIB

Azərbaycanda viski istehsalı kəskin AZALIB

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Saat 11:00-dan etibarən…

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Saat 11:00-dan etibarən…

Azərbaycan Ordusunun yeni hərbi obyektləri istifadəyə verildi – FOTO

Azərbaycan Ordusunun yeni hərbi obyektləri istifadəyə verildi – FOTO

DİM sabah imtahan keçirəcək

DİM sabah imtahan keçirəcək

DTX-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı PAYLAŞIM - FOTO

DTX-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı PAYLAŞIM - FOTO

FAKTİKİ HAVA: Bəzi dağlıq ərazilərə qar yağır

FAKTİKİ HAVA: Bəzi dağlıq ərazilərə qar yağır

İran ABŞ-ın Küveytdəki hərbi bazasına zərbələr endirdi – VİDEO

İran ABŞ-ın Küveytdəki hərbi bazasına zərbələr endirdi – VİDEO

Azərbaycan neftinin qiyməti 128 dolları keçdi

Azərbaycan neftinin qiyməti 128 dolları keçdi

Daha bir rayonda KÜTLƏVİ İXTİSAR: 46 nəfər işsiz qaldı

Daha bir rayonda KÜTLƏVİ İXTİSAR: 46 nəfər işsiz qaldı

Röyanın xalası qızı özünə dəbdəbəli TOY ETDİ - VİDEO

Röyanın xalası qızı özünə dəbdəbəli TOY ETDİ - VİDEO

Tətil bitdi, tıxaclar başladı – SİYAHI

Tətil bitdi, tıxaclar başladı – SİYAHI

Su dolan evlərə dəyən ziyanı kim ödəyəcək? – Video

Su dolan evlərə dəyən ziyanı kim ödəyəcək? – Video

Rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

11 günlük tətil bitdi - Dərslər başladı

11 günlük tətil bitdi - Dərslər başladı

Çayxanada müştərini döyən şəxs AZADLIĞA BURAXILDI

Çayxanada müştərini döyən şəxs AZADLIĞA BURAXILDI

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri SIRASINDADIR - “Global Terrorism Index 2026” açıqlandı - FOTO

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri SIRASINDADIR - “Global Terrorism Index 2026” açıqlandı - FOTO

Palm Beach hava limanına Donald Trampın adı verilir

Palm Beach hava limanına Donald Trampın adı verilir

Evində maşını olanların NƏZƏRİNƏ

Evində maşını olanların NƏZƏRİNƏ

Tehranın bir hissəsi işıqsız qaldı - VİDEO

Tehranın bir hissəsi işıqsız qaldı - VİDEO

105 yaşlı britaniyalı qadının uzunömürlülük sirri açıqlandı: hər gün bir qədəh...

105 yaşlı britaniyalı qadının uzunömürlülük sirri açıqlandı: hər gün bir qədəh...

End of content

No more pages to load

RADİO