Aktrisa Zülfiyyə: “Həmkarlarım problemlərini efirdə səsləndirməyə qorxurlar“ - ÖZƏL

Aktrisa Zülfiyyə Qurbanovanın sosial şəbəkə hesabında paylaşdığı postda yazdığı “20 ildir bu sahədəyəm, niyə adım və ya mükafatım yoxdur? Halbuki işlərimlə dünyanı gəzmişəm, hələ layihələrimizin aldığı mükafatları demirəm.

Yerli layihələrdə göstərdiyim aktyor işlərindən danışmıram... Havayı, heç bir əziyyət çəkmədən halva kimi boşqabına hazır nələrsə gələn adamlar nədən danışdığımı bilməz” fikirlər gündəmə səbəb olub. 

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı sənətçi ilə əlaqə saxlayıb. 

Z.Qurbanova fikirlərinə bu cür aydınlıq gətirib: 

“Aktyorlar efirdə özlərinə aid bir məsələ müzakirə olunanda fikir bildirsələr də, heç zaman bir-birinə dəstək olmurlar. Amma efirdən kənarda bir-birinin fikri ilə razılaşırlar. İctimaiyyət arasında onların birliyi yoxdur. Fəxri ada gələndə isə... 2003-cü ildən bu sənətdəyəm. 20 ildir ki, peşəkar səhnədə fəaliyyət göstərirəm, bir sıra dünya və beynəlxalq layihələrdə iştirak etmişəm, amma fəxri adım yoxdur.

Ona görə özümə söz vermişəm, bundan sonra nə zaman müzakirə predmeti olan verilişdə sənətdə olan çatışmazlıqları dilimə gətirib, müzakirəyə qoşulsam, ancaq özümə toxunan məsələləri işıqlandıracağam. Dünya səviyyəli təsdiq olunmuş festivallarda iştirak etmişəm. Yəni çəkildiyim filmlər orada nümayiş olunub, müxtəlif mükafatlar almışam. İnsan istəyir ki, o sənətinə və işinə görə dəyər, qiymət alsın”. 


Aktrisa bildirib ki, fəxri ad və ya mükafatla bağlı Mədəniyyət Nazirliyinə müraciət etməyib: 

“Mən heç bir yerə heç bir məsələ ilə müraciət etmirəm. Belə mövzular haqqında isə çox danışan insan deyiləm. Düşünmüşəm ki, hər şeydən öncə və əsas mənim işimdir, oynadığım roldur. Bir sözlə, gördüyüm işimlə tanınım. Bu fikirlərimi sərbəst şəkildə səsləndirmişəm”. 

Zülfiyyə aktyorların sosial şəbəkədə özlərinə aid olmayan lazımsız mövzularda münasibət bildirmələrinə irad tutub: 

“İstedad gözəl bir keyfiyyətdir. İstedadsızsansa səni heç kəs hansısa bir yerə aparmayacaq. Yaltaqlıq bir yerə qədərdir. Lağ-lağı, dəxlisiz, mənasız və heç birimizə lazım olmayan mövzularla bağlı birinci aktyorlar fikir bildirirlər. Məişət və özfəaliyyət mövzuları... Amma özünə toxunan mövzulardan qorxub, çəkinirlər. Bunu dəfələrlə görmüşəm”. 

Aktrisa sonra həmkarı Ülviyyə Əliyevanın hələ də fəxri ad və mükafat ala bilməməsi ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirərək, onun bu məsələdə haqlı olduğunu vurğulayıb.

“Fəxri adla bağlı həmkarım Ülviyyə Əliyevanın da açıqlaması ilə sosial şəbəkədə rastlaşdım. Hər kəsin tələbidir ki, haqqını tələb etsin. Uzun illər incəsənət aləmində peşəkar səviyyədə, bu işin orta, ali təhsili almış teatr və kino sektorunda fəaliyyət göstərən hər bir aktyorun istəyini dilə gətirməsi haqqıdır”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

End of content

No more pages to load

RADİO