Amerika əsilli İsveçrəli müğənni Tina Törner 83 yaşında vəfat edib.
Bizim.Media Sky News-a istinadən xəbər verir ki, akstrisa və müğənni olan Törner Sürix yaxınlığındakı Küsnaxt şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, Törner səkkiz “Grammy” mükafatının sahibidir. “Rolling Stone” jurnalı onu dövrümüzün ən böyük müğənnilərindən biri adlandırıb.
O bənzərsiz mahnıların ifası ilə yanaşı, bir sıra filmlərdə də rol alıb.
Bizim.Media