Mayın 23-ü guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələrinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat yalandır.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Məlumatda daha sonra qeyd olunur:
“Bu məlumatı qəti surətdə təkzib edirik”.
Bizim.Media