İtaliya Futbol Federasiyası yenidən “Yuventus”un xallarını silib.
Bizim.Media xəbər verir ki, Turin klubu bu dəfə 10 xalından məhrum olub.
Klub əməkhaqqı hesabatlarının manipulyasiyasına görə bu cəza ilə üzləşib. Bu cəzanın ardından komanda 2-ci sıradan 8-ci pilləyə düşüb.
Turinlilərin hesabında hazırda 59 xal var.
Rəşad Rafiqoğlu, Bizim.Media