İlham Əliyevdən “Bakı Ürək Günləri” Konqresinin iştirakçılarına MÜRACİƏT 

Prezident İlham Əliyev "Bakı Ürək Günləri" VIII Beynəlxalq Konqresinin iştirakçılarına müraciət ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir: 

"Hörmətli Konqres iştirakçıları! 

Sizi – Azərbaycan kardioloqlarını, kardiocərrahlarını və müxtəlif ölkələrdən paytaxtımıza gəlmiş alimləri “Bakı Ürək Günləri” VIII Beynəlxalq Konqresinin öz işinə başlaması münasibətilə səmimi-qəlbdən salamlayır, gələcək fəaliyyətinizdə hər birinizə müvəffəqiyyətlər arzulayıram. 

Builki Konqresin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması rəmzi məna daşıyır. Ulu Öndər ölkəmizdə səhiyyə sisteminin təkmilləşdirilməsi və dünya standartları səviyyəsində qurulması işini daim diqqətdə saxlamışdır. 

Azərbaycan səhiyyəsinin ötən dövr ərzində keçdiyi yol təbabətin sürətlə irəliləyən sahələrindən biri kimi kardiologiya elminin mühüm nailiyyətlərinin tətbiqinə, ürək xəstəliklərinin müasir terapevtik və cərrahi üsullarla müalicəsinin təmin olunmasına əlverişli şərait yaratmışdır.

Nüfuzlu kardioloji mərkəzlərdə gerçəkləşdirilən ən çətin əməliyyatların hazırda yeni nəsil həkimlərimizin fəaliyyəti sayəsində uğurla keçirilməsi qürur hissi doğurur. 

Ənənəvi “Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin kardiologiya və ürək-damar cərrahiyyəsinin inkişafında özünəməxsus rolu vardır. Bu sahə ilə bağlı geniş fikir mübadiləsinin aparılacağı tədbirinizdə dünyanın mötəbər tibb qurumlarını təmsil edən görkəmli kardioloq alim və cərrahların iştirakı Konqresinizin qazandığı yüksək etimadın göstəricisidir. Beynəlxalq təcrübədən qarşılıqlı surətdə lazımınca faydalanmaqla kardiologiyanın aktual məsələlərinin həllinə yönəlmiş birgə səylərinizin səmərəli olacağına inanıram. 

Ümidvaram ki, böyük elmi və elmi-praktiki əhəmiyyətə malik bu Konqres azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əlaqələrini daha da möhkəmləndirəcək, yüksəkixtisaslı kadr hazırlığına, kardiologiyanın, ürək-damar cərrahiyyəsinin və ümumilikdə tibb elminin inkişafına töhfələr verəcəkdir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Sumqayıt"dan Anqolaya

"Sumqayıt"dan Anqolaya

Qərb Kallasın bu açıqlamasından qəzəbləndi

Qərb Kallasın bu açıqlamasından qəzəbləndi

"Kuruluş Orhan"da yeni sima - FOTO

"Kuruluş Orhan"da yeni sima - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Yeməkdən sonra çay içmək olar?

Yeməkdən sonra çay içmək olar?

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Parisdə yəhudi məktəbinə hücum etdilər

Parisdə yəhudi məktəbinə hücum etdilər

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

“Qalatasaray”dan darmadağın - VİDEO

“Qalatasaray”dan darmadağın - VİDEO

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

"Qadınlardan qorxuram"

"Qadınlardan qorxuram"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

İran şərt qoydu: ABŞ geri çəkilsə...

İran şərt qoydu: ABŞ geri çəkilsə...

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Medvedev Rusiyanın qələbəsini elan etdi

Medvedev Rusiyanın qələbəsini elan etdi

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

İsrail ordusu Livanın cənubuna zərbə endirdi

İsrail ordusu Livanın cənubuna zərbə endirdi

Malayziya sahillərində qanunsuz neft yükləyən iki tanker saxlanıldı

Malayziya sahillərində qanunsuz neft yükləyən iki tanker saxlanıldı

"Qarabağ"ın transfer etdiyi futbolçunun adı AÇIQLANDI - VİDEO

"Qarabağ"ın transfer etdiyi futbolçunun adı AÇIQLANDI - VİDEO

End of content

No more pages to load

RADİO