“Zirə”nin təcrübəli futbolçusu Dolnald Gerye zədəsini sağaldıb.
Bizim.Media xəbər verir ki, hələ aprelin 1-də çempionat oyununda zədələnən haitili müdafiəçi artıq komanda ilə məşqlərə başlayıb.
O, 35-ci turda “Sabah”la keçiriləcək oyunda meydana çıxa bilər.
Qeyd edək ki, “Zirə”nin üç futbolçusu zədə səbəbindən mövsümü başa vurub. Bunlar Felipe Paxtman, Muhammed Hamdui və Vladislav Kulaçdır.
Rəşad Rafiqoğlu, Bizim.Media