17 şirkətin İrandan Azərbaycana bibər və kivi idxalına MƏHDUDİYYƏT QOYULUB

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən İran İslam Respublikasından idxal olunan bibər və kivi məhsullarına fitosanitar baxış keçirilib.

Agentlikdən Bizim.Media-ya verilən xəbərə görə, baxış zamanı götürülən nümunələr Agentliyin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Aparılan ekspertizanın nəticələrinə əsasən, İrandan bu ölkənin şirkətləri tərəfindən respublikamıza idxal olunan bibər məhsulunun 19 partiyasında karantin tətbiq edilən zərərli orqanizm - “Qonur qırışıqlıq virusu” aşkarlanıb.
Həmin məhsul partiyasından 10-u “Rasol Soleymanpour”, 4-ü “Amanj Sahragard”, 2-si “Avoid Sarmayeh Asia Co”, 1-i “Bazargani Diba Mehr Daryan”, 1-i Farhad Tejarat Ramin” və 1-i “Sarah Jabaroti” şirkətinə aiddir.

Bundan əlavə, İran şirkətləri tərəfindən respublikamıza gətirilən kivi məhsulunun 34 partiyasında karantin tətbiq olunan zərərli orqanizm - “Tut qalxanlı yastıcası” aşkarlanıb.

Zərərverici aşkar edilən məhsul partiyalarından 6-sı “Sarah Jabaroti”, 5-i “Ramin Cheraghi”, 4-ü “Bahram Gostar Aras Shargh” 3-ü “Sayed Ali Akbar Abul Maali” və 3-ü “Avoid Sarmayeh Asia Co” şirkətinə aiddir. Digər 13 ixracatçı şirkətin hər birində isə 1 uyğunsuzluq halı müəyyən olunub.

Aşkarlanan hallarla əlaqədar Agentlik tərəfindən İranın Milli Bitki Mühafizəsi Təşkilatına bildirişlər (notifikasiyalar) göndərilib və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi istənilib.

Buna baxmayaraq, təəssüflə qeyd edirik ki, uyğunsuzluqların aşkarlanması halları davam etməkdədir.

Qeyd olunan şirkətlərlə yanaşı, Azərbaycan idxalçılarından “Dry Fruits” MMC, “Frukt İs” MMC, “Ballı Store N” MMC və “South potato” MMC tərəfindən İrandan ölkəmizə idxal edilən bibər məhsullarından götürülən nümunələrdə “Qonur qırışıqlıq virusu”, “Amotrade” MMC, “Narnumru” MMC, “Fadak-1974” MMC, “Freere Fructe” MMC, “Senergy Az” MMC və “South potato” MMC tərəfindən gətirilən kivi məhsulunda isə dəfələrlə “Tut qalxanlı yastıcası” aşkarlanıb.

Qeyd olunan subyektlərin idxal etdiyi zərərli orqanizmlə sirayətlənmiş məhsullarla bağlı zəruri fitosanitar tədbirlər görülsə də, gətirilən növbəti məhsul partiyalarında zərərli orqanizmlərin sirayətlənməsi halları təkrarlanıb.

Aşkarlanan hallarla bağlı 2023-cü il 17 may tarixindən Agentlik tərəfindən İranın yuxarıda adları qeyd olunan 9, Azərbaycanın isə 8 şirkətinin bibər və kivi məhsullarını respublikamıza idxal etməsinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
AQTA bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunmasına yönəldilmiş fitosanitar nəzarət tədbirlərini davam etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çempionlar Liqasında yeni REKORD

Çempionlar Liqasında yeni REKORD

Bakıdakı 298 nömrəli məktəbdə şagirdlərdən pul yığıldığı iddia olunur - VİDEO

Bakıdakı 298 nömrəli məktəbdə şagirdlərdən pul yığıldığı iddia olunur - VİDEO

Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

8 Noyabr prospektində zəncirvari qəza oldu - VİDEO

8 Noyabr prospektində zəncirvari qəza oldu - VİDEO

Ukraynada xanım nazir İSTEFA VERDİ

Ukraynada xanım nazir İSTEFA VERDİ

Bu ölkədə 14 yaşdan kiçik uşaqlar İnstaqram və TikTok aça bilməyəcək

Bu ölkədə 14 yaşdan kiçik uşaqlar İnstaqram və TikTok aça bilməyəcək

Emma mədəkiçiltmə etdirməsi haqda suallara SON QOYDU

Emma mədəkiçiltmə etdirməsi haqda suallara SON QOYDU

“Sabah”da amerikalı basketbolçu

“Sabah”da amerikalı basketbolçu

Rəqsanənin qızı gözəllik salonunda İŞLƏYİRMİŞ - VİDEO

Rəqsanənin qızı gözəllik salonunda İŞLƏYİRMİŞ - VİDEO

Qəzaya uğrayan təyyarənin “qara qutusu” Türkiyəyə ÇATDIRILDI

Qəzaya uğrayan təyyarənin “qara qutusu” Türkiyəyə ÇATDIRILDI

Ağrıkəsicilərdən çox istifadə edənlərin DİQQƏTİNƏ: Xroniki xəstəliyə səbəb ola bilər

Ağrıkəsicilərdən çox istifadə edənlərin DİQQƏTİNƏ: Xroniki xəstəliyə səbəb ola bilər

Hüseyn Cavidin məqbərəsi BƏRPA OLUNACAQ

Hüseyn Cavidin məqbərəsi BƏRPA OLUNACAQ

Azərbaycanda 3 rayonda icra başçısı vəzifəsi BOŞDUR

Azərbaycanda 3 rayonda icra başçısı vəzifəsi BOŞDUR

İslandiya millisinin baş məşqçisi: “Bu matç bizim üçün çox vacibdir”

İslandiya millisinin baş məşqçisi: “Bu matç bizim üçün çox vacibdir”

"Qara Qarayev” metrosunda İZDİHAM YAŞANIB - VİDEO

"Qara Qarayev” metrosunda İZDİHAM YAŞANIB - VİDEO

“Eşref Rüya” yayımdan QALDIRILDI

“Eşref Rüya” yayımdan QALDIRILDI

Deputat: “O zaman açıq deyilsin ki, bizə kino lazım deyil”

Deputat: “O zaman açıq deyilsin ki, bizə kino lazım deyil”

Karateçimiz İslamiadanın QALİBİ OLDU

Karateçimiz İslamiadanın QALİBİ OLDU

ABŞ İrana görə şirkətlərə sanksiya TƏTBİQ ETDİ

ABŞ İrana görə şirkətlərə sanksiya TƏTBİQ ETDİ

Türkiyə şəhidlərini QARŞILAYIR - ANBAAN VİDEO

Türkiyə şəhidlərini QARŞILAYIR - ANBAAN VİDEO

İngiltərə klubu yeni baş məşqçisini AÇIQLANDI

İngiltərə klubu yeni baş məşqçisini AÇIQLANDI

Saakaşvili xəstəxanadan ÇIXDI

Saakaşvili xəstəxanadan ÇIXDI

Muazzez Abacı doğum günündə VƏFAT ETDİ

Muazzez Abacı doğum günündə VƏFAT ETDİ

Bu sahədə çalışanlar süni intellektdən pulsuz istifadə edə bilərlər – YENİ TƏKLİF

Bu sahədə çalışanlar süni intellektdən pulsuz istifadə edə bilərlər – YENİ TƏKLİF

End of content

No more pages to load

RADİO