“Sabah” Rusiyadan 1-2 futbolçu ilə danışıq aparır.
Bizim.Media xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Murad Musayev səfərdə “Sumqayıt”a 4:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın 34-cü tur oyunundan sonra mətbuat konfransında deyib.
O, hər mövqeyə oyunçu axtardıqlarını bildirib:
“Danışıq apardığımız futbolçular var. Görək, necə olacaq. Çox vaxt yaxşı oyunçular bura gəlmək istəmirlər. Rusiya futbolunda maaşlar yüksəkdir. Oradan futbolçu gətirmək üçün gərək pul verəsən. Amma Rusiyadan bir iki futbolçu var ki, onlarla danışıq aparırıq”.
Rəşad Rafiqooğlu, Bizim.Media