Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvana gedən dəmir yolunun bərpası ilə bağlı müsbət anlaşma formalaşıb.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
"Lakin mən hələlik əvvəlki təcrübəni nəzərə alaraq məlumatları konkretləşdirməkdən çəkinəcəyəm", - Ermənistanın baş naziri Brüssel görüşünün nəticələrini şərh edərkən qeyd edib.
O, həmçinin bəyan edib ki, Ermənistan ən qısa zamanda regionda kommunikasiyaların açılmasına hazırdır:
"Bu, tərəflərin suverenliyi və səlahiyyətləri prinsipləri əsasında edilməlidir".
Bizim.Media