“Sumqayıt” mövsümün sonunda heyətinə ciddi əl gəzdirəcək.
Bizim.Media xəbər verir ki, xüsusən də legionerlərdən çoxunun komandadan göndəriləcəyi gözlənilir.
Bu oyunçulardan biri də Diyeqo Kariokadır. Tez-tez zədələnərək özünü göstərə bilməyən yarımmüdafiəçi mövsümün sonunda “Sumqayıt”ı tərk edəcək.
Qeyd edək ki, Bu ilin yanvarında icarəyə götürülən Karioka müqavilə ilə Ukraynanın “Kolos” klubuna məxsusdur.
Rəşad Rafiqoğlu, Bizim.Media