Azərbaycan və Slovakiya parlamentləri arasında əməkdaşlıq məsələləri MÜZAKİRƏ OLUNUB - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasda iştirak üçün Azərbaycanda səfərdə olan Slovakiya Milli Şurasının sədri Boris Kollar ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətləri barədə danışıb. 

Görüşdə bildirilib ki, Azərbaycanla Slovakiya arasında fəal dialoq mövcuddur. Ölkələrimiz arasında həm ikitərəfli formatda, həm də beynəlxalq qurumlarda səmərəli əlaqələr mövcuddur. 

Görüşdə həmçinin, Azərbaycanın enerji siyasəti haqqında da danışılaraq, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol vurğulanıb.

Qeyd edilib ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan layihələr iştirakçı dövlətlərin inkişafına töhfə verməklə yanaşı, Avropaya enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi baxımından önəmlidir. 

Görüşdə Milli Məclisin sədri Slovakiyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü tam və qəti şəkildə dəstəklədiyini bildirərək, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib. Qeyd olunub ki, Slovakiya şirkətləri də bu işlərdə iştirak etməkdə maraqlıdırlar. 

Slovakiya Milli Şurasının sədri Boris Kollar Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı Milli Məclisdə təşkil olunmuş yubiley tədbirində iştirakından məmnunluğunu ifadə edib. O, Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərini, Azərbaycanın hərtərəfli inkişafı üçün gördüyü işləri, ölkənin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi istiqamətində səylərini yüksək qiymətləndirib. 
Söhbətdə ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərin rolu vurğulanıb, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin qanunverici orqanlar arasında əməkdaşlığın möhkəmləndirilməsində əhəmiyyətindən danışılıb. 

Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyaya rəsmi səfərini, orada keçirdiyi görüşləri xatırlayıb.

Slovakiya Milli Şurasının sədri Boris Kollar ötən il Azərbaycana səfərindən, Sahibə Qafarova ilə görüşündən xoş təəssüratlarını bildirib, həmin səfər çərçivəsində işğaldan azad edilmiş Füzuli və Şuşaya səfərindən bəhs edib. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərlə də bağlı fikirlərini bölüşüblər. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tum çırtdamağın FAYDALARI

Tum çırtdamağın FAYDALARI

UFC döyüşçüsü Lopesin hər iki ayağı sındı

UFC döyüşçüsü Lopesin hər iki ayağı sındı

"Sumqayıt"dan Anqolaya

"Sumqayıt"dan Anqolaya

Qərb Kallasın bu açıqlamasından qəzəbləndi

Qərb Kallasın bu açıqlamasından qəzəbləndi

"Kuruluş Orhan"da yeni sima - FOTO

"Kuruluş Orhan"da yeni sima - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Yeməkdən sonra çay içmək olar?

Yeməkdən sonra çay içmək olar?

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Parisdə yəhudi məktəbinə hücum etdilər

Parisdə yəhudi məktəbinə hücum etdilər

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

“Qalatasaray”dan darmadağın - VİDEO

“Qalatasaray”dan darmadağın - VİDEO

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

"Qadınlardan qorxuram"

"Qadınlardan qorxuram"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

İran şərt qoydu: ABŞ geri çəkilsə...

İran şərt qoydu: ABŞ geri çəkilsə...

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Medvedev Rusiyanın qələbəsini elan etdi

Medvedev Rusiyanın qələbəsini elan etdi

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

İsrail ordusu Livanın cənubuna zərbə endirdi

İsrail ordusu Livanın cənubuna zərbə endirdi

End of content

No more pages to load

RADİO