Bu gün Bakıda Avropa çempionatına start veriləcək

Bu gün Bakıda Bədii gimnastika üzrə 39-cu Avropa çempionatına start veriləcək.

Bizim.Media xəbər verir ki, “Ulduz kimi parla” şüarı ilə keçiriləcək qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparacaq. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər.

Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top, gənclər arasında isə beş ip və beş top proqramında güclərini sınayacaqlar.

Yarışda ölkəmizi böyüklər arasında fərdi növdə Zöhrə Ağamirova və İlona Zeynalova təmsil edəcəklər.

Qrup hərəkətləri proqramında isə böyüklər arasında xalça üzərinə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina çıxacaqlar. Gənclərin yarışında isə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup komandamız mübarizəyə qoşulacaq.

Çempionata mayın 21-də yekun vurulacaq.

Yarış iştirakçıları azarkeşlərə həyəcanlı emosiyalar bəxş edəcəklər. Onlar Hollivud ab-havasında dizayn olunmuş, eyni üslublu dekorasiya elementləri və işıq effektləri ilə tərtib edilmiş zalda sərilmiş qırmızı xalıdan keçərək yarış meydançasına yol alacaq və peşəkar çıxışları ilə azarkeşlərin qəlbinə yol tapmağa çalışacaqlar.

Çempionatın ən məzəli siması isə şübhəsiz ki, Avropa Gimnastikasının maskotu - Luici adlı meymun olacaq. O, tamaşaçılara və gimnastlara öz zarafatları, maraqlı proqramları ilə təbəssüm və pozitiv əhvali-ruhiyyə bəxş edəcək.

Bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi beşinci Avropa çempionatı olacaq. Paytaxtımız 2007-ci, 2009-cu, 2014-cü və 2019-cu illərdə bu növ üzrə qitə çempionatına ev sahibliyi edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bolqarıstan prezidenti İSTEFA VERƏCƏK - VİDEO

Bolqarıstan prezidenti İSTEFA VERƏCƏK - VİDEO

“Kəpəz”in legioneri Azərbaycana qayıtmaq istəmir?

“Kəpəz”in legioneri Azərbaycana qayıtmaq istəmir?

Ceyhun Bayramov Marko Rubio ilə Azərbaycan-Ermənistan normallaşma prosesini MÜZAKİRƏ ETDİ

Ceyhun Bayramov Marko Rubio ilə Azərbaycan-Ermənistan normallaşma prosesini MÜZAKİRƏ ETDİ

Bu ərazidən EV ALMAYIN: Paytaxtın problemli yaşayış massivi

Bu ərazidən EV ALMAYIN: Paytaxtın problemli yaşayış massivi

“Azərbaycan xalqı 20 yanvar tarixini yaşadır”

“Azərbaycan xalqı 20 yanvar tarixini yaşadır”

“Neftçi” “Zirə” ilə oyunun hazırlığına başladı - FOTO

“Neftçi” “Zirə” ilə oyunun hazırlığına başladı - FOTO

Metyu Brayza: “Rusiyanın təhlükəsizlik xidməti mənim üçün süni qəza yaratdı”

Metyu Brayza: “Rusiyanın təhlükəsizlik xidməti mənim üçün süni qəza yaratdı”

Prezident Davosda ÜST-nin Baş direktoru ilə görüşdü - FOTO

Prezident Davosda ÜST-nin Baş direktoru ilə görüşdü - FOTO

İlham Əliyev Davosda Danimarka şirkətinin baş vitse-prezidenti ilə görüşdü - FOTO

İlham Əliyev Davosda Danimarka şirkətinin baş vitse-prezidenti ilə görüşdü - FOTO

Küçə ticarəti ilə bağlı QALMAQAL - Satış üçün müəyyən edilməmiş yerlərlə bağlı siyahı var? – VİDEO

Küçə ticarəti ilə bağlı QALMAQAL - Satış üçün müəyyən edilməmiş yerlərlə bağlı siyahı var? – VİDEO

Salyanda yol qəzası olub, ölən və yaralanan var

Salyanda yol qəzası olub, ölən və yaralanan var

Ərdoğandan ərəblərə MESAJ: “Suriya suriyalılara məxsusdur” - VİDEO

Ərdoğandan ərəblərə MESAJ: “Suriya suriyalılara məxsusdur” - VİDEO

“Qaçmaq nədir? Məni ora əməkdaşlığa dəvət etmişdilər” - Nəsimi Nəbizadə

“Qaçmaq nədir? Məni ora əməkdaşlığa dəvət etmişdilər” - Nəsimi Nəbizadə

Nazənin KÖVRƏLDİ: “Artıq ölümdən qorxmuram” - VİDEO

Nazənin KÖVRƏLDİ: “Artıq ölümdən qorxmuram” - VİDEO

Cəlilabadda yük maşını 64 yaşlı kişini vurdu - VİDEO

Cəlilabadda yük maşını 64 yaşlı kişini vurdu - VİDEO

"Deyirdim ki, Allah mənə qız övladı verməsin"

"Deyirdim ki, Allah mənə qız övladı verməsin"

“Qarabağ” – “Ayntraxt” matçına nə qədər bilet satılıb?

“Qarabağ” – “Ayntraxt” matçına nə qədər bilet satılıb?

İranda internet BU TARİXDƏ bərpa ediləcək

İranda internet BU TARİXDƏ bərpa ediləcək

Baş Prokurorluq həkim cərrahla bağlı Səhiyyə Nazirliyinə təqdimat GÖNDƏRDİ

Baş Prokurorluq həkim cərrahla bağlı Səhiyyə Nazirliyinə təqdimat GÖNDƏRDİ

Suraxanıda 9 kq narkotik AŞKARLANDI - VİDEO

Suraxanıda 9 kq narkotik AŞKARLANDI - VİDEO

İlham Əliyev Davosda Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb - FOTO/VİDEO

İlham Əliyev Davosda Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb - FOTO/VİDEO

Daha 4 istiqamətdə şəhərlərarası və rayondaxili marşrutlar üzrə müsabiqələrin qalibləri SEÇİLDİ

Daha 4 istiqamətdə şəhərlərarası və rayondaxili marşrutlar üzrə müsabiqələrin qalibləri SEÇİLDİ

Uzun fasilədən sonra səhnəyə QAYIDIR – Afaq Bəşirqızıdan AÇIQLAMA

Uzun fasilədən sonra səhnəyə QAYIDIR – Afaq Bəşirqızıdan AÇIQLAMA

Ümumxalq Hüzn Günü ilə əlaqədar “Azərpoçt”un iş rejimində dəyişiklik EDİLDİ

Ümumxalq Hüzn Günü ilə əlaqədar “Azərpoçt”un iş rejimində dəyişiklik EDİLDİ

End of content

No more pages to load

RADİO