63 yaşlı Hollivud ulduzu Alek Bolduin və həyat yoldaşı Hilarinin 6-cı övladı dünyaya gəlib.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, Hilari özünün "İnstagram" səhifəsində bütün uşaqları ilə fotolar paylaşaraq yeni körpənin doğulduğunu bildirib.
Cütlük övladının cinsiyyətini, adını və doğulduğu zamanı sirr saxlayıb.
Qeyd edək ki, 2012-ci ildə ailə quran Alek və Hilarinin ötən ilin sentyabrında 5-ci övladı dünyaya gəlib. Aktyorun keçmiş həyat yoldaşı Kim Besencerdən 25 yaşlı daha bir qız övladı var.
Bizim.Media