Azərbaycanlı paralimpiyaçı İtaliyada növbəti uğurunu qazanıb.
Bizim.Media xəbər verir ki, Milli Paralimpiya Komitəsinin atletika üzrə milli komandasının üzvü, paralimpiya çempionu Lamiyə Vəliyeva İtaliyanın Cesolo şəhərində keçirilən Qran Pridə 100 metrəyə qaçışda 12.45 s. nəticə göstərərək birinci yerə çıxıb.
L.Vəliyeva bu nəticə ilə cari ilin iyul ayında Fransanın paytaxtı Parisdə keçiriləcək atletika üzrə dünya çempionatına lisenziya əldə edib.
Bizim.Media