Türkiyənin “Beşiktaş” klubu Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, Heydər Əliyev Adına Beynəlxalq Hava Limanında “Qartallar”ı qarşılayan azarkeşlər arasında izdiham yaşanıb. Onlar futbolçuları qaldıqları hotelə qədər müşayiət ediblər.
Qeyd edək ki, “Sabah” - “Beşiktaş” xeyriyyə qarşılaşması bu gün saat 18:00-da başlayacaq.
Matçda toplanan vəsait Türkiyədə baş vermiş zəlzələdə zərər çəkənlərə göndəriləcək.
Bizim.Media