"Bir zamanlar Çukurova" serialının aktrisası Selin Yeninci bir müddət əvvəl koronavirusa yoluxub.
Bizim.Media türk mətbuatına istinadla bildirir ki, aktrisa evdə müalicəyə başlasa da halı pisləşdiyi üçün xəstəxanaya aparılıb.
Vəziyyəti ağırlaşan aktrisa reanimasiyaya yerləşdirilib.
Qeyd edək ki, Selin Yeninci Covid-19-a "Bir zamanlar Çukurova" serialının çəkiliş meydanında yoluxub.
Bizim.Media